• cümə, 26 Aprel, 17:52
  • Baku Bakı 23°C

5 avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı - Azərbaycanda

13.01.14 12:26 1056
5 avtomobil toqquşdu, 5 nəfər xəsarət aldı - Azərbaycanda
APA-nın məlumatına görə, hadisə bu gün 13:00 radələrində Mingəçevir şəhərinin Sağ sahil qəsəbəsindəki Təbriz küçəsində qeydə alınıb. Sürücülərin diqqətsizliyi və yüksək sürət səbəbindən 44-BJ-355 dövlət nömrə nişanlı “VAZ 2106”, 10-FR-628 dövlət nömrə nişanlı “VAZ 2106”, 25-BG-185 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil, 10-UT-231 dövlət nömrə nişanlı “Opel” və 90-VK-593 dövlət nömrə nişanlı “Chevrolit” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hal-hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin hansı sürücünün səhvi səbəbindən baş verdiyi araşdırılır.
banner

Oxşar Xəbərlər