• cümə axşamı, 25 aprel, 04:00
  • Baku Bakı 19°C

470 tələbə təhsil haqqından azad edilib

26.05.14 10:10 925
470 tələbə təhsil haqqından azad edilib
Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbul olunmuş qərara əsasən, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar. 2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir./apa/
banner

Oxşar Xəbərlər