AZE | RUS | ENG |

“47 ronin”in erkən və hədiyyəli premyerası

“47 ronin”in erkən və hədiyyəli premyerası
Dünən axşam Park Cinema Metro Park-da “47 ronin” filminin premyeradan 5 gün öncə nümayişi keçirilib. Filmin dünya üzrə premyerası yanvarın 1-də keçiriləcək. Lakin Park Cinema eksklüziv olaraq “47 ronin” filmini premyeradan 5 gün əvvəl nümayişini təşkil etdi. Və burada əsl kinomanlar üçün yalnız bir seans baş tutdu.

Bu seansa dəvət olunanları kinoteatrın girişində əsl yapon qiyafəsində kimano geyinmiş qızlar qarşılayırdı. Qonaqlara yapon mətbəxinin ən populyar nümunəsi – suşi və içkilər təklif olundu. Seansa gələnləri həmçinin xatirə hədiyyələri də qazandılar.

“47 ronin” haqqında əfsanə roninlərin (sahibi öldürülmüş samuray) öz hökmdarlarının qətlinə görə hazırladıqları qisas planından bəhs edir. 47 ronin ölümə-ölüm qisasına söz verirlər. Halbuki, buna görə onların özlərini də edam cəzası gözlədiyini bilirdilər. Lakin sonda roninləri adi canilər kimi edam etmir, onlara əsl samuraylara layiq seppuku, yəni intihar ayini keçirməyə icazə verirlər.

Filmin ssenarisi məhz bu əfsanəyə əsaslanır. “47 ronin” filmində rejissor Karl Rinş və ssenaristlər şərq süjeti xətti və qərb ekşn arasındakı balansı ustalıqla saxlaya biliblər. Qeyd edək ki, filmdə baş rolun ifaçısı Kianu Rivzdir. Maraqlıdır ki, istehsalçı Amerika janrı qaydalarına zidd olaraq faciəli sonluğu “happy end”-ə dəyişməyib.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır.

Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219