• cümə axşamı, 28 mart, 21:25
  • Baku Bakı 13°C

4500 karatlıq brilyant qaşın ölkə ərazisinə daxil olmasının qarşısı alınıb - Video

23.02.21 18:45 895
4500 karatlıq brilyant qaşın ölkə ərazisinə daxil olmasının qarşısı alınıb - Video
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşın qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük KomitəsindənKaspi.az-a verilən xəbərə görə,baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.
Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.
banner

Oxşar Xəbərlər