• cümə axşamı, 28 mart, 20:13
  • Baku Bakı 13°C

44 gəmi, 6 helikopter, 700-dən artıq canlı qüvvə Xəzərdə neftçilərin axtarışına cəlb edilib - Fotolar

18.12.16 14:37 693
44 gəmi, 6 helikopter, 700-dən artıq canlı qüvvə Xəzərdə neftçilərin axtarışına cəlb edilib - Fotolar
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindənFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi,Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilib.
Axtarış-xilasetmə QərargahındanAPA-ya verilən məlumata görə, plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir.
Hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi,Fövqəladə Hallar Nazirliyi,Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir. Eyni zamanda sahilboyu ərazilərdəFövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir.
Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb. Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.







banner

Oxşar Xəbərlər