AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb

43 konteynerdən ibarət qatar Çin-Qazaxıstan sərhədindən Türkiyəyə 12 günə çatıb

İqtisadiyyat
06 İyul 2020, 12:00 245
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "ADY Konteyner” (Azərbaycan), "KTZ Express” (Qazaxıstan), "GR Logistics” (Gürcüstan) və "Pasifik Eurasia Logistics” (Türkiyə) 43 konteynerdən ibarət qatarı Çin-Qazaxıstan sərhədindəki Xorqos (Altınkol) stansiyasından Türkiyənin Kösəköy stansiyasına (İzmit) cəmi 12 günə çatdırmaqla növbəti rekorda imza atıb.
"ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, müxtəlif təyinatlı yüklərin olduğu 40 futluq konteynerlərdən ibarət qatar Altınkol stansiyası vasitəsilə Qazaxıstan ərazisinə daxil olub. Daha sonra operatoru "ADY Konteyner” olan "Beket-Ata” fidr gəmisi ilə Aktau limanından Bakı Limanına çatdırılıb, oradan Gürcüstanın Axalkalaki stansiyasına, daha sonra isə Türkiyənin İzmit şəhərinə yola salınıb.
Mürəkkəb epidemioloji şəraitə baxmayaraq, "Şərq-Qərb” marşrutu üzrə dəmir yolu ilə yükdaşımalar sanitar–epidemioloji normalara riayət olunmaqla fasiləsiz davam etdirilir.