• çərşənbə axşamı, 16 aprel, 16:18
  • Baku Bakı 19°C

42 dərəcə isti və yağış - Proqnoz

24.06.15 12:51 1175
42 dərəcə isti və yağış - Proqnoz
İyunun 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 37-42, dağlıq və dağətəyi rayonlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər