• cümə, 26 Aprel, 05:20
  • Baku Bakı 16°C

42 dərəcə isti olacaq - Proqnoz

28.07.15 13:30 1078
42 dərəcə isti olacaq - Proqnoz
Bakı və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, qərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi ərazilərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər