• cümə axşamı, 18 aprel, 10:37
  • Baku Bakı 12°C

42 dərəcə isti gözlənilir - Xəbərdarlıq

23.06.15 14:09 1308
42 dərəcə isti gözlənilir - Xəbərdarlıq
Bakı və Abşeron yarımadasında iyunun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 24-26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması fonunda isti temperatur diskomfortu xüsusilə gündüz saatlarında meteohəssas insanlar üçün əlverişsizdir.
banner

Oxşar Xəbərlər