AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

41 “səhiyyə işçisi“ndə saxta diplom aşkarlanıb

41 “səhiyyə işçisi“ndə saxta diplom aşkarlanıb

Kriminal
07 Mart 2013, 14:19 1382
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, 2012-ci il ərzində işə qəbulla bağlı müraciət edən bəzi orta tibb işçilərinin diplomları Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən şübhə doğurub:

“Bundan sonra həmin diplomların araşdırılmasına başlanıb və bütün orta tibb işçilərinin diplomları yoxlanılıb. Araşdırma nəticəsində orta tibb işçilərindən 41-nin diplomunun saxta olması məlum olub. Bu saxta diplomlar ölkənin müxtəlif orta ixtisas təhsili müəssisələrində verilib. Bununla bağlı müvafiq tədbirlər görmək üçün Səhiyyə Nazirliyi tərəfindən işlər hüquq-mühafizə orqanlarına göndərilib. Məsələyə onlar tərəfindən baxıldıqdan sonra lazımi hüquqi qiymət veriləcək”.