40 milyona satmışdılar, 50 milyona aldılar
"Barselona”nın
futbolçusu Poulinyo Çinin "Quançjou Everqrand” klubuna keçib.
Kaspi.az xəbər
verir ki, Polunyo yaydan bəri Çin klubunda icarə əsasında çıxış edirdi.
Braziliyalı futbolçu "Barsa”ya 2017-ci ildə elə bu klubdan gəlmişdi.
Həmin vaxt
İspaniya nəhəngi onun transferi üçün 40 milyon avro ödəmişdi. Maraqlıdır ki,
Çin klubu 40 milyona satdığı futbolçunu geri qaytarmaq üçün 50 milyon avro ödəyib.
30 yaşlı
yarımmüdafiəçi cari mövsümdə Çin Superliqasında 19 oyun keçirib, 13 qol vurub,
7 qol ötürməsi edib.