• cümə axşamı, 28 mart, 20:03
  • Baku Bakı 13°C

40 milyona satmışdılar, 50 milyona aldılar

16.01.19 12:30 662
40 milyona satmışdılar, 50 milyona aldılar
"Barselona”nın futbolçusu Poulinyo Çinin "Quançjou Everqrand” klubuna keçib.
Kaspi.az xəbər verir ki, Polunyo yaydan bəri Çin klubunda icarə əsasında çıxış edirdi. Braziliyalı futbolçu "Barsa”ya 2017-ci ildə elə bu klubdan gəlmişdi.
Həmin vaxt İspaniya nəhəngi onun transferi üçün 40 milyon avro ödəmişdi. Maraqlıdır ki, Çin klubu 40 milyona satdığı futbolçunu geri qaytarmaq üçün 50 milyon avro ödəyib.
30 yaşlı yarımmüdafiəçi cari mövsümdə Çin Superliqasında 19 oyun keçirib, 13 qol vurub, 7 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər