• cümə, 26 Aprel, 00:59
  • Baku Bakı 16°C

40 milyon istədilər, “Borussiya” ondan imtina etdi

20.06.18 13:00 826
40 milyon istədilər, “Borussiya” ondan imtina etdi
"Borussiya” "Çelsi”nin futbolçusu Mişi Batşuayini almaqdan imtina edib.
Kaspi.az xəbər verir ki, buna səbəb "Çelsi”nin futbolçuya görə tələb etdiyi məbləğ olub. Belə ki, "təqaüdçülər” 24 yaşlı belçikalıya görə 40 milyon avro tələb ediblər.
Bu məbləğ dortmundluları qane etmədiyi üçün, onlar Batşuayinin transferindən vaz keçiblər. Mişi başa çatan mövsümdə icarə əsasında "Borussiya”da çıxış edib. O, Bundesliqada keçirdiyi 10 oyunda 7 qol vurub.
banner

Oxşar Xəbərlər