• şənbə, 27 Aprel, 06:03
  • Baku Bakı 12°C

40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

14.09.20 10:45 398
40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar 40-a yaxın ölkədə, o cümlədən Azərbaycanda seçki məntəqəsi yaratmağı planlaşdırır.
AZƏRTACxəbər verir ki, bu barədə MSK-ın mətbuat katibi Anna Mikeladze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu məntəqələr xarici ölkələrdə yaşayan, işləyən və müvəqqəti səfərdə olan Gürcüstan vətəndaşlarının seçkilərdə iştirakını təmin etmək üçün yaradılacaq.
A.Mikeladze deyib ki, MSK bu məsələdə Xarici İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. 2018-ci ildə keçirilən prezident seçkiləri zamanı ölkə vətəndaşlarının səsvermə ilə bağlı konstitusion hüquqlarını təmin etmək məqsədilə 39 ölkədə 55 seçki məntəqəsi yaradılmışdı.
Qeyd edək ki, 2018-ci ilin prezident seçkiləri zamanı Azərbaycanda 3 məntəqə yaradılıb.
banner

Oxşar Xəbərlər