• şənbə, 20 Aprel, 18:27
  • Baku Bakı 24°C

4 nəfər suda batıb

19.08.13 13:28 1464
4 nəfər suda batıb
İstirahət günləri Azərbaycanın müxtəlif ərazilərində bir neçə nəfər suda boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 17-də Ağdaş rayonu Nehrəxəlil kəndinin ərazisində kənd sakini Rəşad Bəbişov su kanalında çimərkən suda boğulub. R.Bəbişovun meyiti sudan çıxarılıb. Samux rayonu Hacallı kəndinin ərazisində Kəlbəcər rayon sakini Cavid Məmmədli Gəncə çayında çimərkən boğulub.
Bundan başqa Bakı şəhər sakini Şəfa Qasımova Qusar Olimpiya İdman Kompleksindən çıxaraq itkin düşüb. Avqustun 18-də Cağar-Cibir kanalının Balaqusar kəndi istiqamətinə ayrılan hissəsindən Ş.Qasımovanın suda boğulmuş meyiti tapılıb.
Digər hadisə isə Bakıda baş verib. 1970-ci il təvəllüdlü Qarakişiyev Mehdi Nemət oğlu Suraxanı rayonu ərazisində, dənizdə batıb
banner

Oxşar Xəbərlər