• cümə, 26 Aprel, 11:18
  • Baku Bakı 12°C

4 il əvvəl itkin düşən qadını qardaşı öldürübmüş

04.01.17 10:57 1038
4 il əvvəl itkin düşən qadını qardaşı öldürübmüş
Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyiməlum olub.
"Report"un xəbərinə görə, hadisərayonun Nərimanabad 1 qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsindəşübhəli şəxs qismində saxlanılıb.
F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.
Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdənekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

banner

Oxşar Xəbərlər