• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib

10.11.19 21:30 1327
331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Sülh çeşməsi” antiterror əməliyyatı apardığı bölgədə bugünədək terrorçular tərəfindən qoyulmuş 331 ədəd mina və süni yolla hazırlanmış 891 partlayıcı maddə zərərsizləşdirilib.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda PKK və PYD terrorçuları tərəfindən yaşayış əraziləri, yollar, infrastruktur obyektlərinə yerləşdirilmiş partlayıcı maddələrin Türk Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilir.
banner

Oxşar Xəbərlər