• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

32 mindən çox abituriyent ixtisas seçimi edib

07.08.17 14:30 1096
32 mindən çox abituriyent ixtisas seçimi edib
2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir. Dövlət İmtahan MərkəzindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq.
Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır.
İxtisas seçimi edən 32721 abituriyentin 11144-ü I, 9904-ü II, 9097-si III, 2576-sı isə IV ixtisas qrupu üzrə sənəd verib.
Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir. Bu gün saat 12: 00-dək V ixtisas qrupu üzrə 752 abituriyent ixtisas seçimi edib. Onlardan 667-si Azərbaycan, 85-i Rus bölməsinin məzunudur.
banner

Oxşar Xəbərlər