• cümə axşamı, 25 aprel, 08:46
  • Baku Bakı 14°C

31 mayadək cehizlik əldə etməyə tələsin!

25.05.18 14:30 820
31 mayadək cehizlik əldə etməyə tələsin!
Bakı Şopinq Festivalı fürsətlərindən sərfəli qiymətlərlə alış-veriş edin!
Artıq 25 gündür ki, davam edən Bakı Şopinq Festivalı cəmiyyətin hər təbəqəsi üçün alış-verişi daha sərfəli və əlçatan etməkdə davam edir. Yazın gəlişi ilə festival cehizlik alış-verişlərini daha da sərfəli edib! Yalnız mayın 31-dək alıcılar festivalda iştirak edən mağazalarda ən keyfiyyətli, hər zövqə uyğun və müasir mebel dəstlərini, məişət avadanlıqları, elektronika və qab-qacaqları daha sərfəli qiymətlərlə əldə edə bilərlər. Festival iştirakçısı olan mağazalar yalnız bu günlərdə öz mallarına 50% faizədək endirimlər təklif edirlər. Siz bu mağazalarda alış-veriş etməklə, həmçinin Tax Free imkanından yararlanaraq ödədiyiniz ƏDV-nin bir qismini geri ala bilirsiniz.Tələsin! Festivalın bitməyinə cəmi 6 gün qalır! Bakı Şopinq Festivalından alış-veriş edin, toy sevincinizə şopinq sevinci qatın!
Bakı Şopinq Festivalının ƏDV köşklərinin ünvanları ilə festivalın rəsmi saytındakı keçidhttp://bakushopfest.com/edv-koshkleri/vasitəsilə tanış ola bilərsiniz.
Müvəkkil bankların ünvanları və iş vaxtları ilə tanış olmaq üçün isə festivalın rəsmi saytındakıhttp://bakushopfest.com/muvekkil-banklar/keçidinə daxil olun.
Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan "Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.
Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəkihttp://bakushopfest.com/our-stores/keçidi vasitəsilə tanış ola bilərsiniz.

banner

Oxşar Xəbərlər