• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub

27.03.17 16:59 1277
31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub
AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi kitabxanasında 31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub.
Sərgidə akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun "Tarixi həqiqətin soyqrımı”, Fəxrəddin Cəfərovun "Erməni vəhşiliyi”, Emin Şxəliyevin "Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində”, Elman Cəfərlinin "Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun "Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, eyni zamanda "Erməni xəyanəti: terror, soyqırım və deportasiya siyasəti”, "Erməni daşnak faşizmi və Azərbaycan”, "Qarabağ həqiqətləri”, "Zəngəzurda qalan izimiz”, "Dünyanın mənfur milləti: erməni” və digər bu qəbildən olan kitablar nümayiş edilir.
Sərgidə həmçinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və onun nəticələrini əks etdirən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.
banner

Oxşar Xəbərlər