• cümə, 29 Mart, 16:49
  • Baku Bakı 14°C

“300 Spartalı: İmperiyanın çiçəklənməsi” Park Cinemada - dünyada ilk

27.02.14 15:17 1693
“300 Spartalı: İmperiyanın çiçəklənməsi” Park Cinemada - dünyada ilk
Əfsanəvi Spartalılarla fatrsların qarşıdurmasından bəhs edən epik dramın davamı olan “300 Spartalı: İmperiyanın çiçəklənməsi” filmi dünya premyerasından bir gün əvvəl - martın 5-də “Park Bulvar” Ticarət Mərkəzindəki Park Cinema kinoteatrında nümayiş olunacaq. Premyeradan öncəki nümayiş üçün satışa çıxarılan biletləri əldə etməyə tələsin, çünki biletlərin sayı məhduddur.
300 Spartalı üzərində qələbə çaldıqdan sonra çar Kserksin başçılıq etdiyi fars ordusu cənuba, iri yunan şəhərlərinə doğru hərəkətə keçir. Amansız döyüşçünün yolu üzərindəki birinci şəhər Afinadır. Şəhəri müdafiə etmək üçün yunan sərkərdəsi Femistokol önə çıxır. Bir çox xalqları itaət altına almış və özünü Allah adlandıran Kserksin və sərkərdə Femistokolun ordularının Artemisiya və Salamin üzərində savaşı, dənizdə donanmaların döyüşü olduqca realistik təsir bağışlayır və nəfəs kəsir. Filmdə həmçinin Kserksin bu hadisələrdən əvvəlki həyat hekayəsi də göstərilir.
“300 Spartalı: İmperiyanın çiçəklənməsi” filmi 3D və İMAX 3D formatındadır. Filmin rejissoru Noam Murro, baş rolların ifaçıları isə Yeva Qrin, Sallivan Steplton, Rodriqo Santoro, Kallen Mulvey, Hans Metison və başqalarıdır. Filmin dünya premyerası martın 6-da baş tutacaq.
banner

Oxşar Xəbərlər