• cümə axşamı, 18 aprel, 22:15
  • Baku Bakı 21°C

“300 Spartalı: İmperiyanın çiçəklənməsi” Nizami Kino Mərkəzində

04.03.14 15:00 1810
“300 Spartalı: İmperiyanın çiçəklənməsi” Nizami Kino Mərkəzində
Martın 06-da Nizami Kino Mərkəzində “300 Spartalı: İmperiyanın çiçəklənməsi” filminin və “Cənab Pibodi və Şermanın macəraları” animasiya filminin 3D və İMAX formatında nümaişi başlanacaq.
Rejissoru Noam Murro, baş rolların ifaçıları isə Yeva Qrin, Sallivan Steplton, Rodriqo Santoro, Kallen Mulvey, Hans Metison olan bu film əfsanəvi spartalılarla farsların qarşıdurmasından bəhs edən epik dramın davamıdır.
300 Spartalı üzərində qələbə çaldıqdan sonra çar Kserksin başçılıq etdiyi fatrs ordusu Cənuba, iri yunan şəhərlərinə doğru hərəkətə keçir. Amansız döyüşçünün yolu üzərindəki birinci şəhər Afinadır. Şəhəri müdafiə etmək üçün yunan sərkərdəsi Femistokol önə çıxır. Bir çox xalqları itaət altına almış və özünü Allah adlandıran Kserksin və sərkərdə Femistokolun ordularının Artemisiya və Salamin üzərində savaşı, dənizdə donanmaların döyüşü olduqca realistik təsir bağışlayır və nəfəs kəsir.
Filmdə həmçinin Kserksin bu hadisələrdən əvvəlki həyat hekayəsi də göstərilir. Həmin gündən etibarən Cey Uordun artıq klassikaya çevrilmiş “Cənab Pibodi və Şermanın macəraları” animasiya filminində 3d formatda nümayişi başlayacaq. Komediya və məcara janrında çəkilmiş ailə filmini tamaşaçılar böyük maraqla izləyəcəklər.
Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər