30 milyonluq futbolçunu 130 milyonluq oyunçuya çevirib
"Mançester Yunayted”in
sabiq futbolçusu Qari Nevil "Liverpul”un
uğuru barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Nevil "Liverpul”un skautlarının böyük iş gördüyünü deyib. Ancaq o,
komandanın uğurunda əsas pay sahibinin Yurgen Klopp olduğunu vurğulayıb:
"Bu, inanılmaz
uğurdur. Son bir neçə ilə nəzərə saldıqda, bu uğurun gözlənilən odluğunu deyə
bilərik. "Liverpul” qapını hələ ötən mövsüm döyürdü. Belə məqamda "Mançester
Siti” ən yüksək səviyyədə oynamağa məcbur idi.
Yurgen Klopp
böyük iş gördü. O, 30 milyonluq futbolçunu 130 milyonluq, 75 milyon qiyməti
olanı isə 150 milyonluq oyunçuya çevirdi.
"Liverpul”un skautları
möhtəşəm iş gördülər, məşqçilər korpusu əla işlədi. Bütün bunlar isə baş məşqçinin
sayəsində oldu. Onların çempion olduğu gün özümü yaxşı hiss etmədim.
"Liverpul”un çempionluğunu uşaq olarkən görmüşdüm. Ancaq onları təbrik etməyə məcburam”.