AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

30 iyunda gözlənilən hava şəraiti

30 iyunda gözlənilən hava şəraiti

Təfsilat
29 İyun 2020, 13:08 178
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 30 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Cənub küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22,  gündüz 27-31, Bakıda gecə 19-21, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.  

30 iyunda Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.  

Havanın temperaturu  gecə 15-20, gündüz  30-35, dağlarda gecə 9-14, gündüz  18-23 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

İyunun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.