• çərşənbə axşamı, 16 aprel, 08:44
  • Baku Bakı 14°C

30 dərəcə isti gözlənilir - Proqnoz

26.04.16 13:44 3068
30 dərəcə isti gözlənilir - Proqnoz
Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Aprelin 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal qərb küləyi gündüz mülayim-cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 27 dərəcə, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər