• cümə, 29 Mart, 14:39
  • Baku Bakı 14°C

30 dəqiqə çılpaq vəziyyətdə uzanıb

12.02.20 13:30 2119
30 dəqiqə çılpaq vəziyyətdə uzanıb
Çili yığmasının sabiq baş məşqçisi Marselo Byelsanın olduqca qəribə inancı olub.
Kaspi.az xəbər verir ki, bu barədə Çili yığmasının sabiq üzvləri – Xose Fensalida ilə Mark Qonsales danışıblar. Marselo qarşılaşmadan sonra paltardəyişmə otağında yarım saat çılpaq uzanırmış:
"Bir dəfə Byelsa paltardəyişmə otağına daxil oldu. Ona isti idi. O, o tərəf-bu tərəfə gedir, heç kimlə danışmırdı. Daxildə daha bir otaq vardı. Marselo ora daxil oldu.
Bir azdan onun orda nə işlə məşğul olduğunu öyrənmək istədik. O, əməliyyat stolunda tam çılpaq vəziyyətdə uzanmışdı. Beləcə, 30 dəqiqə uzandı”.
Fuensalida əlavə edib ki, belə hallar bir neçə dəfə təkrarlanıb: "Bir dəfə İtaliyaya 0:1 hesabı ilə məğlub olmuşduq. Byelsa özündən çıxmışdı. O, qəzəbli halda paltardəyişmə otağına daxil oldu və tam soyundu”.
Byelsa Çili yığmasına 2007-2010-cu illərdə başçılıq edib.
banner

Oxşar Xəbərlər