• cümə, 29 Mart, 01:08
  • Baku Bakı 7°C

3 qat Avropa çempionu Azərbaycan millisində

14.03.14 13:55 1460
3 qat Avropa çempionu Azərbaycan millisində
Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) kanoe-slalom növünün də inkişafı istiqamətində fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə tanınmış sloveniyalı slalomçu Yure Meqliçin ölkəmizi təmsil etməsinə dair razılıq əldə edilib.
O, məşqçi Fedya Maruçiçin rəhbərliyi altında çalışır. Azərbaycanda kanoe-slalom növü üzrə yarış və məşq şəraiti olmadığından, 30 yaşlı idmançı qarşıdakı yarışlara xaricdə hazırlaşacaq. Meqliç 18 avqust 1984-cü ildə anadan olub, Sloveniya yığmasının tərkibində Avropa çempionatlarında komanda kayak üzrə 3 dəfə (2006, 2007, 2011) qızıl, 1 dəfə (2010) bürünc, fərdi kayak üzrə 1 dəfə (2010) gümüş medala sahib olub. Təcrübəli idmançı 2010-cu il dünya çempionatında isə fərdi kayak üzrə bürünc medal qazanıb.
Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.
banner

Oxşar Xəbərlər