• şənbə, 20 Aprel, 00:09
  • Baku Bakı 15°C

3 nəfər kanalizasiya quyusuna düşdü, ölən var

02.08.13 14:54 1484
3 nəfər kanalizasiya quyusuna düşdü, ölən var
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Naftalan şəhərində “ÇİNAR” sanatoriyasının ərazisində 3 nəfər kanalizasiya quyusunda köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər Naftalan Su-kanal idarəsinin əməkdaşlarıdır. 1956-cı il təvəllüdlü Saməddin Mayıl oğlu İsgəndərovun cəsədi və müxtəlif xəsarətlər almış 2 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
banner

Oxşar Xəbərlər