• şənbə, 20 Aprel, 04:03
  • Baku Bakı 15°C

3 nazir oğlu polis tərəfindən saxlanıldı

17.12.13 10:22 1502
3 nazir oğlu polis tərəfindən saxlanıldı
APA-nın xəbərinə görə, Türkiyənin müxtəlif internet saytları iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktarın oğullarının bu gün səhər prokurorun təlimatı ilə polis tərəfindən saxlanıldığı haqda xəbər yayıblar.
Xəbəri eşidən iqtisadiyyat naziri Zəfər Çağlayan bu günə nəzərdə tutulan rəsmi proqramlarını ləğv edib. Daxili işlər naziri Müəmmər Gülərin Bolqarıstana səfərini təxirə saldığı xəbər verilir.
Saxlanılanlar arasında İstanbulun Fatih rayonunun hakim partiya AKP-dən olan bələdiyyə başqanı və “Halkbank”ın baş direktorunun da olduğu deyilir. Saxlanılanların arasında məşhur müğənni Əbru Gündəşin həyat yoldaşı, İran azərbaycanlısı Rza Zərrab və Türkiyənin ən zəngin iş adamlarından biri olan Əli Ağaoğlu da var.
banner

Oxşar Xəbərlər