• cümə, 19 Aprel, 08:07
  • Baku Bakı 13°C

3 mindən çox şagird buraxılış imtahanına buraxılmayacaq?

15.05.14 12:03 1052
3 mindən çox şagird buraxılış imtahanına buraxılmayacaq?
Azərbaycanda builki buraxılış imtahanında iştirak etməli olan 3151 şagirdin bu imtahanda iştirakı üçün vacib olan şəxsiyyət vəsiqəsi yoxdur. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında bildirib.
Hazırda buraxılış imtahanlarına hazırlıq işlərinin aparıldığını deyən M.Abbaszadə qeyd edib ki, ölkə üzrə 9 və 11-ci sinif üzrə buraxılış siniflərində 200 576 nəfər təhsil alır. İndiyə kimi "Şagird-məzun" elektron məlumat bazasında həmin şagirdlərin 197 165 nəfəri barədə məlumatlar şəxsiyyəti vəsiqəsi əsasında təsdiqlənib. Şagirdlərin 1,57% faizinin, yəni 3151 nəfərinin sənədləri yoxdur.
M.Abbaszadə deyib ki, XI sinif üzrə buraxılış imtahanında 85 358 şagird iştirak etməli olsa da, onlardan 84 608 nəfərinin sənədləri bazada təsdiqlənib. XI sinif şagirdlərindən 650 nəfərin sənədi yoxdur. Bu isə XI sinif üzrə buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin 1 faizindən də azını təşkil edir.
IX siniflər üzrə sənədi olmayan şagirdlərlərin sayının kifayət qədər yüksək olmasına təəssüflənən TQDK sədri bildirib ki, Azərbaycanda IX siniflərdə 115 255 nəfər imtahanda iştirak etməlidir. Ancaq onların 112 561 nəfərinin sənədləri təsdiqlənib ki, bu da bütün IX sinif şagirdlərinin 97% faizini təşkil edir. Təxminən 2500 şagirdin isə sənədi yoxdur: "Sənədləri olmayan şəxsləri buraxılış imtahanına gəlməyə qoymayacağıq. Mən valideynlərə müraciət edərək bildirirəm ki, şəxsiyyət vəsiqələri dövlət tərəfindən verilən sənədlərdir və uşaqların imtahanda iştirak edə bilməsi üçün həmin sənədləri vaxtında əldə etmək lazımdır. Şagirdlər sənədlərini müvafiq qurumlara verdikdən sonra onlarda sənədlərin təhvil verilməsi haqqında arayış varsa, onda biz onu qeydiyyata götürəcəyik. Amma sənədlərini toplayıb həmin qurumlara müraciət etməyənləri imtahana buraxmayacağıq".
M.Abbaszadə qeyd edib ki, TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib: "Amma bunun üçün də həmin şagirdlərin valideynləri və ya himayəçiləri sənəd almaqla əlaqədar müvafiq qurumlara müraciət etməlidirlər".
banner

Oxşar Xəbərlər