3 milyon avroluq xeyirxahlıq
"Liverpul”un futbolçusu Məhəmməd Salah xeyirxah hərəkəti ilə gündəmə
gəlib.
Kaspi.az xəbər verir ki, Salah Qahirədəki xərçəng araşdırmaları
institutunun bərpası üçün 3 milyon avro ayırıb. Avqustun 5-də bu institutun
yaxınlığında güclü partlayış baş vermiş, xəstəxanaya xeyli ziyan dəymişdi.
Misir mətbuatının məlumatına görə, partlayış nəticəsində 16 nəfər
ölüb, 21 nəfər isə yaralanıb.
Məhəməd Salah ötən ildə Misir xəstəxanalarına tibbi ləvazimatların
alınması üçün 660 min avro ödəmişdi. O, doğma kəndi Naqriqdə məktəb və
xəstəxana da tikdirir.