• çərşənbə axşamı, 23 aprel, 17:00
  • Baku Bakı 24°C

3 avtomobil toqquşdu, xəsarət alanlar var

07.06.13 14:47 1557
3 avtomobil toqquşdu, xəsarət alanlar var
Ağdamın Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib. Milli.Az EL TV-yə istinadən xəbər verir ki, avtoqəza zamanı "VAZ-2106" markalı minik avtomobili və iki "VAZ-21011" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Elnur Quliyev və digər iki avtomobilin sahibi Ağcabədi rayon sakinləri - Vasif Muradov və Rafiq Rüstəmov yüngül bədən xəsarətləri alıblar.
Hazırda Ağdam Dövlət Yol Polis bölməsində qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.
banner

Oxşar Xəbərlər