• cümə axşamı, 25 aprel, 17:13
  • Baku Bakı 23°C

298,9 milyon manatlıq qida, içki və tütün məhsulları istehsal edilib

03.06.18 09:15 852
298,9 milyon manatlıq qida, içki və tütün məhsulları istehsal edilib
Cari ilin ilk 4 ayında Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 298,9 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı şəhər Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 2,1 dəfə artıb, qida məhsullarının istehsalında 10,8 faiz, içki istehsalında isə 6,6 faiz azalma müşahidə olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 9 faiz, şirin peçenye 38,2 faiz, şokolad şirniyyat məmulatları 26,1 faiz artıb.
banner

Oxşar Xəbərlər