• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

287-ci oyunda 300-cü qol

06.04.15 07:46 1092
287-ci oyunda 300-cü qol
İspaniya La Liqasının 29-cu turunda "Real"ın "Qranada"ya qalib gəldiyi oyun (9:1) Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin oyunda karyerasının ilk penta-trikinə imza atan portuqaliyalı futbolçu eyni zamanda yubliyev qolunu vurub.
"Kral klubu"nun heyətində 287-ci oyununa çıxan Ronaldo 300-cü qoluna imza atıb. Bu qolların 214-ü La Liqa, 60-ı Çempionlar Liqası, 21-i İspaniya kuboku, 3-ü ölkə superkuboku və 2-si də UEFA superkubokuna təsadüf edib.
Qeyd edək ki, "Real"ın tarixində ən çox qolu klubun canlı əfsanəsi Raul Qonzales vurub. O, keçirdiyi 323 oyunda 741 dəfə rəqib qapılarına yol tapıb. Alfredo di Stefano isə 396 qolla ikincidir.
banner

Oxşar Xəbərlər