• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

“28 sinema“da yeni komediya: “Baş itirməyin milyon üsulu“

09.07.14 15:06 2482
“28 sinema“da yeni komediya: “Baş itirməyin milyon üsulu“
Dünən "28 sinema" kineteatrında jurnalist və bloqqerlər üçün "Baş itirməyin milyon üsulu" komediya filminin nümayişi keçirilib.
Filmdə hadisələr Vəhşi Qərbdə baş verir.
Filmin qəhrəmanları uyğunsuz yerdə və zamanda aşiq olurlar. Burada restoranlarda kobudluq edirlər, isti suya əfsanələr qoşurlar, nəqliyyatda da vəziyyət uçuruma doğrudur. Lakin naməlum qadının gözəl bədən quruluşu var və o, çox yaxşı güllə atır. Belə gözəlçədən özxoşuna kim imtina edər ki...
Amerika istehsalı olan "Baş itirməyin milyon üsulu" komediya və vestern janrında çəkilib. Filmin rejissoru və baş qəhrəmanı Set MakFarleyndir.
Bundan başqa, filmdə Şarliz Teron, Amanda Sayfred, Liam Nison və Nil Patrik Harris kimi Hollivud ulduzları yer alıb.
Qeyd edək ki, bu seansı izləyicilər də bilet alıb premyeranı ilk olaraq qiymətləndirmək imkanı qazanıblar.
Film kinoteatrın repertuarına iyulun 10-dan etibarən daxil olacaq.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
F.Əliyeva
banner

Oxşar Xəbərlər