• cümə, 26 Aprel, 16:13
  • Baku Bakı 23°C

28 min Azərbaycan vətəndaşı Rusiyanı tərk edib - 2014-ün 2-ci yarısında

04.02.15 08:58 792
28 min Azərbaycan vətəndaşı Rusiyanı tərk edib - 2014-ün 2-ci yarısında
APA-nın xəbərinə görə, bu barədə Federal Miqrasiya Xidməti (FMX) açıqlama yayıb.
FMX-nin məlumatında 2014-cü ilin son altı ayında Rusiyanı ən çox Özbəkistan vətəndaşlarının tərk etdiyi qeyd olunub. Onların sayı 364 min nəfərdir. Rusiyanı say çoxluğuna görə ikinci tərk edən ölkə isə Tacikistandır. 174 min nəfər Tacikistan vətəndaşı 2014-cü ilin ikinci yarımilində Rusiyadan gedib.
FMX-nin məlumatında həmin müddətdə Rusiyadan gedən Azərbaycan vətəndaşlarının sayı da açıqlanıb. 28 196 nəfər Azərbaycan vətəndaşı 2014-cü ilin ikinci yarısında Rusiyanı tərk edib.
2014-cü ildə Rusiyada olan Azərbaycan vətəndaşlarının sayı 591 228 nəfər göstərilib. 2015-ci ilin yanvar ayının göstəricilərində isə bu rəqəm 579 493 nəfər olub. 2014-cü ilin birinci yarımilində 16 461 nəfər Azərbaycan vətəndaşı Rusiyadan gedib.
Ermənistan və Moldova vətəndaşları isə əksinə, keçən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə daha çox Rusiyaya axın ediblər. Moldova vətəndaşlarının sayı 16,5 min, Ermənistan vətəndaşlarının sayı isə 44,3 min nəfər çoxalıb.
MDB ölkələri vətəndaşlarının Rusiyanı tərk etməsinin əsas səbəbi kimi ölkədə hökm sürən iqtisadi böhran, bahalaşma və rublun xarici valyutaya nisbətdə dəyərini kəskin itirməsi göstərilir.
banner

Oxşar Xəbərlər