• çərşənbə, 24 Aprel, 05:33
  • Baku Bakı 14°C

“28 May“da həyəcanlı anlar

17.12.14 19:02 1034
“28 May“da həyəcanlı anlar
Metronun "28 may" stansiyasında sərnişin sıxlığı yaşanmaqdadır.
Sərnişinlərin anspress-ə verdiyi məlumata görə, Cəfər Cabbarlı Stansiyasından "28 May"a keçiddə sərnişin "tıxac"ı var. Sərnişinlər "tıxac"ın səbəbini bilmədiyindən təşvişə düşdüklərini bildiriblər.
"Bakı Metropoliteni" ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev anspress-ə verdiyi açıqlamada deyib ki, "28 May"da yaşanan hadisə sərnişin çoxluğundan baş verib: "Narahatlığa heç bir əsas yoxdur. Sadəcə "pik" saatlar olduğundan sərnişin sayı artır və nəticədə bu hallar baş verir".
Qeyd edək ki, axşam saatlarda avtobuslarla tıxaca düşdüyündən sərnişinlər metrodan istifadəyə daha çox üstünlük verirlər.
banner

Oxşar Xəbərlər