• cümə axşamı, 28 mart, 17:43
  • Baku Bakı 16°C

28 May - Azərbaycanın şərəf və ləyaqət tarixi

28.05.15 10:54 2275
28 May - Azərbaycanın şərəf və ləyaqət tarixi
Fəzail İbrahimli: “Bu, Azərbaycan dovlətciliyinin bərpa olunduğu, xalqımızın istiqlalına qovuşduğu, oz əzəli torpaqlarına sahib durduğu tarixdir”

Bu gun musəlman Şərqində ilk dunyəvi demokratik dovlət olan Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yarandığı gundur. 1918-ci ilin 28 May tarixində Azərbaycan Milli Şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə şimal torpaqlarımızda Demokratik Cumhuriyyət yarandığını elan edib. Bu tarixi sənəddə Azərbaycanın qonşu xalqlar və dovlətlərlə dostluq munasibətləri qurmağa calışacağı qeyd olunub. Mustəqil Azərbaycan dovlətinin xalq cumhuriyyəti olduğu vurğulanıb. Eyni zamanda, bəyan edilib ki, AXC millət, məzhəb, sinif və cins fərqi gormur və butun vətəndaşların siyasi huquqlarını təmin edəcək. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan və cəmi 23 ay fəaliyyət gostərən AXC turk və islam dunyasında ilk parlamentli respublika və ilk demokratik, huquqi, dunyəvi dovlət numunəsi olub. AXC-nin azərbaycanlıların tarixi yaddaşında buraxdığı iz, dovlətcilik tarixi baxımından oynadığı rol, bu dovlətin suqutunun səbəbləri, milli xəyanətkarlar, erməni faktoru və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını millət vəkili, tarixci alim Fəzail İbrahimli cavablandırır.
- Fəzail muəllim, musəlman Şərqində ilk demokratik, dunyəvi dovlət olan AXC azərbaycanlıların yaddaşında hansı iz buraxıb?
- Sovet hakimiyyəti dovrundə uzun muddət qapalı saxlanmış, “xain Musavat hokuməti” adı altında gizlədilmiş bu tarix Azərbaycanın şərəf və ləyaqət tarixidir. Həmin tarix Azərbaycan dovlətciliyinin bərpası, xalqımızın istiqlalına qovuşması, oz əzəli torpaqlarına sahib durduğu tarixdir. Dunya dovlətləri, millətləri icərisində Azərbaycan adlı məmləkət yaranıb, onun paytaxtı, ərazisi, sərhədləri elan edilib, bu dovlətin sahibinin azərbaycanlılar olduğu bildirilib. 1918-ci ilin 28 May gunu Azərbaycan xalqının tarixində bu cur qalıb. Bunu daha aydın ifadə etmək ucun Azərbaycanın şərəf və ləyaqət tarixi uzərində xususi dayanmaq istəyirəm. O dovrdə cox murəkkəb şərait yaranmışdı. 1917-ci ildə car Rusiyasında fevral inqilabı baş vermiş və imperiya devrilmişdi. Bununla da imperiya ərazisində carizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlamışdı. Həmin vaxt zaman məsələni cox kəskin qoymuşdu. Azərbaycan ya istiqlalını bəyan edib oz tarixi torpaqlarına sahib olmalı, dovlətlər sırasında dovlət kimi tanınmalı, ya da susmalı, bolunməli, parcalanmalı, ayrı-ayrı dovlətlərin əsarətinə duşməli idi. Bu tarixi məsuliyyəti yaxşı dərk edən o zamankı ziyalılarımız, liderlər ayağa qalxdılar, istiqlalı elan etdilər. Azərbaycan muvəqqəti hokumətinin ilk başcısı isə Fətəli xan Xoyski oldu. Bizim guvənc və guman yerimiz olan Turkiyə də bu məsələdə onəmli rol oynadı. Qafqaz İslam Ordusu azərbaycanlılarla birlikdə Azərbaycanın paytaxtını daşnak və bolşeviklərdən təmizlədi. Bununla da Azərbaycan oz tarixinə qovuşdu. Buna qədər Milli Şura 10 gun Tiflisdə işləmiş, ardınca Gəncəyə kocurulmuşdu. Bakıya gəlmək isə mumkun olmamışdı. Cunki 1918-ci ilin mart-aprel hadisələrindən sonra Bakıda erməni daşnakları və ruslar mohkəmlənmiş, bu şəhərə nəzarəti ələ almışdılar. Ancaq 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını daşnak-rus quvvələrindən təmizlədi və beləliklə də milli hokumət Gəncədən Bakıya kocdu. Azərbaycan Demokratik Respublikasını elə o zaman rəsmi surətdə tanıyan ilk olkə də Turkiyə oldu. Məhz 4 iyun 1918-ci ildə Osmanlı dovləti ADR-i rəsmən tanıdı. 1918-ci ilin 9 noyabr tarixində isə Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında ADR-in ucrəngli bayrağı - goy, qırmızı, yaşıl rənglərdən, aypara və səkkiz guşəli ulduz təsvirindən ibarət bayrağımız qəbul olundu. Əvvəlki qırmızı rəngli bayraqdan imtina edildi. Amma təəssuf ki, ADR gərgin və murəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət gostərə bildi. Mustəqil Azərbaycan dovləti iki yaşına dolmadan bolşeviklərin hucumuna məruz qalaraq, muvəqqəti də olsa, devrildi. Sovet imperiyası Azərbaycanı məcburi surətdə oz tərkibinə daxil etdi. Lakin Azərbaycan bu zaman oz sərhədləri olan dovlət kimi imperiyanın tərkibinə qatıldı. XX əsrdə mustəqilliyini yenidən bərpa edən Azərbaycan bu sərhədlər daxilində ozunu yenidən dunyaya tanıtdı. Bu gunku muasir və inkişaf etmiş Azərbaycan 1918-20-ci illərdə movcud olmuş AXC-nin varisidir.
- Cənubi Qafqazdan Rusiya Dovlət Dumasına secilmiş deputatlardan ibarət Zaqafqaziya Seymi o dovrdə dağılmasaydı, Azərbaycanın mustəqillik qazanması nə dərəcədə mumkun olardı?
- Biz nəticədən danışırıq. O dovrdə tarixi proseslər elə cərəyan edə bilərdi ki, bolşeviklər daha da guclənər, buna imkan verməzdilər. Məşhur bir məsəl var, deyərlər ki, zalımın başı qatışanda məzlum oz bildiyini eləyər. Bolşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiyada vətəndaş muharibəsi başladı. Bu fursətdən istifadə edilərək, Cənubi Qafqazda 3 mustəqil respublika elan olundu. Əgər bu zaman bolşeviklərin gucu, qudrəti işğalcılıq illərində olduğu kimi qalsaydı, hec bir millətə imkan verməzdilər ki, kimsə oz dovlətini elan etsin. Tarixə ekskurs etsək, gorərik ki, Rusiya imperiyası muvəqqəti hokumətinin 9 mart 1917-ci ildə Qafqazda car idarəcilik sistemini, yəni canişinliyi ləğv etməsinə səbəb işğalcının gucunun azalması, başının oz daxili problemlərinə qatışması idi. Bununla belə, işğal etdiyi əraziləri itirmək istəməyən Rusiya Cənubi Qafqazdan Dovlət Dumasına secilmiş azərbaycanlı, gurcu və erməni deputatlardan ibarət Zaqafqaziya Xususi Komitəsi yaratdı. 1918-ci ilin fevralında həmin deputatlar Tiflisdə toplaşaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Amma cəmi bir ay movcud olan Zaqafqaziya Federasiyası erməni tərəfinin həm Azərbaycana, həm də Gurcustana ərazi iddiaları səbəbindən dağıldı. Nəticədə də oradakı deputatlar, o cumlədən qurumun azərbaycanlı deputatları Tiflisdə fovqəladə iclas kecirərək, Azərbaycanın muvəqqəti Milli Şurasını yaratdılar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, muavini Əhməd bəy Ağayev, İcraiyyə Komitəsinin sədri Fətəli xan Xoyski secildi. Umumilikdə bu prosesləri izlədikdə bir daha aydın olur ki, 1918-ci ildə Cənubi Qafqazda 3 olkənin mustəqilliyini elan etməsinin əsas səbəblərindən biri də Rusiyanın o dovrdə zəifləməsi idi.
- Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını daşnak-bolşevik quvvələrindən azad etməsi əsas gətirilərək, bəzən iddia olunur ki, əgər 1920-ci ildə də Turkiyə Azərbaycana dəstək olsaydı, ADR suqut etməzdi. Bir tarixci kimi bu fikirlərə munasibətiniz necədir?
- Belə bir iddianı irəli surmək tarixi prosesləri, o dovrun hadisələrini bilməməzlikdən irəli gəlir. Bunu başa duşmək ucun dunyanın, Turkiyənin o dovrdəki tarixinə bələd olmaq lazımdır. Birinci cahan savaşına qoşulan Osmanlı ozu muxtəlif cəbhələrdə vuruşduğu halda 1918-ci ildə Qafqaz İslam Ordusunu Azərbaycana koməyə gondərə bildi. Sonradan Birinci Dunya muharibəsindən məğlub cıxan Osmanlı oz ərazisinin bir hissəsini itirmək təhlukəsi qarşısında qaldı, başı oz daxili işlərinə qarışdı. Bundan başqa, 1919-cu il Paris Sulh Konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək ucun butun vasitələrdən istifadə etməyə başladılar. 1920-ci il mart ayının 18-də İstanbul işğal olundu. Belə bir vəziyyətdə Turkiyə Azərbaycana necə komək edə bilərdi? Turkiyə əraziləri hesabına “Boyuk Yunanıstan”, “Boyuk Ermənistan” yaradılması prosesinə start verilmişdi. Mustafa Kamal Ataturk xalq duşməni elan olunaraq, harada tapılsa gullələnməsi barədə qərar cıxarılmışdı. İstanbulun duşmənlər tərəfindən tutulmasından bir gun sonra Lenin gostəriş vermişdi ki, Bakı işğal olunsun. Belə vəziyyətdə Osmanlının, Turkiyənin Azərbaycana komək əlini uzatması qeyri-mumkun idi. Mustafa Kamal Ataturkə gəlincə, o, 1923-cu ildə qədər, demək olar ki, hec kim idi. Yalnız 1923-cu ildə Turkiyə Cumhuriyyəti yaradıldı və o, bu dovlətin başcısı oldu. Bu zaman isə Azərbaycanın işğalından 3 il vaxt kecirdi. Gorunduyu kimi, iddialar əsassızdır.
- Demokratik Cumhuriyyət dovrundə Azərbaycan hokuməti mubahisəli ərazilər problemini nə ucun həll edə bilmədi?
- Gucu catmadı. Duzdur, ADR 23 ay ərzində boyuk nailiyyətlər və qalibiyyətlər əldə edə bildi. İlk dəfə qadınlara secim huququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cumhuriyyət o cumlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seckilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmi tanınması, Azərbaycanın butovluyunu təmin etmək, iqtisadi islahat və sairləri təmin etdi. Lakin mubahisəli ərazilər məsələsini birdəfəlik həll etməyə gucu catmadı. Yeni yaranmış bir dovlətə qarşı Rusiya, İran, Gurcustan və Ermənistanın ərazi iddiaları var idi. Belə bir ictimai-siyasi vəziyyətdə, cəmi 23 ay icində butun problemləri kokundən həll etmək qeyri-mumkun idi.
- Demokratik Cumhuriyyətin suqutunda daşnakların, həmcinin milli xəyanətkarların rolu nə dərəcədə olub?
- Bu sualda iki məqam var. 1919-cu ildə Uzeyir Hacıbəyovun məşhur bir yazısı dərc olunub. “İcimizdəki denikinlər” adlanan yazıda bu cur adamları iki qrupa bolurdu. Birinci nov “denikinlər”ə Azərbaycanı Şimaldan hədələyən və işğal etmək istəyənləri aid edirdi. Onları acıq duşmən hesab edir, belələrinə qarşı mubarizə aparıldığını, bunun o qədər də qorxulu olmadığını bildirirdi. İkinci nov “denikinlər”ə isə Azərbaycanın icində olan, gizli fəaliyyət gostərən, zəif noqtələri bilən, olkəni daxildən parcalayanları aid edirdi. Bu tip insanları Uzeyir bəy daha təhlukəli hesab edirdi. Belə adamlar bu gun də var və onlar Azərbaycanın imicinə ləkə vurmaqla, olkənin mənafeyinə xələl gətirməklə məşğuldurlar. Belələri milləti, dovləti oz maddi mənafelərindən hər zaman aşağı tutanlardır. Bunlar nə demokratik cumhuriyyət, nə də indiki dovrdə xususi gucə malik quvvə olub. Sadəcə, o dovrdə ADR-in suqutunu zəruri edən səbəb var idi. ABŞ-ın 1913-21-ci illərdəki prezidenti Tomas Vudro Vilson 1919-cu ildə Paris Sulh Konfransı cağırıb dunyanın siyasi xəritəsini yenidən boluşdurmuşdu. Həmin konfransda ABŞ prezidentinin 14 prinsipi irəli surulmuşdu və bu prinsiplər əsasında dunyanın siyasi xəritəsi reallaşdırılırdı. Cənubi Qafqazın 1918-ci ildə mustəqillik qazanan 3 olkəsi həmin prinsiplərə duşməmişdi deyə, onların mustəqilliyini qorumaq, onlara dəstək vermək olmazdı. Konfransda toplaşan boyuk dovlətlər Rusiyanı parcalamaq, onu xırda dovlətlərə bolmək istəmədilər. Bu səbəbdən də bolşeviklər hakimiyyətdə guclənən kimi car Rusiyasının əvvəlki sərhədlərini bərpa etdilər. Bunun nəticəsində də Cənubi Qafqazın 3 dovləti, o cumlədən ADR suqut etdi. Azərbaycanın suqutunda erməni əlinin olması isə inkarolunmazdır. Hər zaman boyuk dovlətlərin əlində alət rolunu oynayan ermənilər Azərbaycan ərazilərində təxribatlar, munaqişə ocağı yaratmaqla, usyan qaldırmaqla ADR-in suqutunu surətləndirdilər. 1920-ci ildə ermənilərin Qarabağda usyan qaldırması, azərbaycanlıları qətlə yetirməsi ADR hokumətini məcbur etdi ki, 40 minlik qoşunun 33 minini həmin əraziyə yollasın. Mərkəzdə saxlanılan 7 min nəfərlik ordu isə bolşevik rusların hərbi gucu qarşısında dayana bilməzdi.
- Cəmi iki il mustəqilliyini qoruya bilən ADR milli şuurumuzun formalaşmasında hansı rol oynayıb?
- Muasir Azərbaycan Respublikası bu gun ozunu ADR-in varisi hesab edirsə, bunun ozu milli şuur sayılır. O zaman babalarımız iradə və cəsarət numayiş etdirib, tarixi məsuliyyətlərini dərk edib, dovlət quraraq, istiqlal əldə edərək, Azərbaycanın adını millətlər, dovlətlər sırasına yazıblar. İslam dunyasında, Şərqdə ilk demokratik cumhuriyyəti yaradıblarsa, biz nəsillər babalarımızın bu şucaətini, qudrətini davam etdirməliyik. Bu dovlətin qədrini bilməli, onun daha da inkişafı naminə əlimizdən gələni əsirgəməməliyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər