• cümə, 22 Noyabr, 14:14
  • Baku Bakı 16°C

“28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib

27.07.17 17:42 1719
“28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Məmməd Əmin Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə "28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavinləri, bələdiyyə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Gənclər Birliyinin üzvləri və Asan könüllüləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova tədbirin vacibliyini vurğulayıb. Bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildə WHA63.18 saylı qərarla 28 iyul tarixini Beynəlxalq Hepatitlə mübarizə günü elan edib.
Daha sonra çıxış edən Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, gənclərin aktiv olmasını qeyd ediblər.
Tədbir seminarla davam edib. Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim qastroenteroloq-hepatoloqu Cəmil Kamilli hepatit viruslarının növləri, əlamətləri, yoluxma yolları, xəstəlyin müayinə və müalicəsi, hepatit viruslarına qarşı profilaktik tədbirlər və qorunma yolları haqqında məlumat verib.
Qeyd edək ki, tədbirdən öncə M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan bir qrup gəncin müayinəsi həyata keçirilib.
banner

Oxşar Xəbərlər