• cümə, 19 Aprel, 02:07
  • Baku Bakı 18°C

28 dərəcə isti olacaq - Proqnoz

20.09.14 14:15 1127
28 dərəcə isti olacaq - Proqnoz
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər