• cümə, 19 Aprel, 19:09
  • Baku Bakı 24°C

“28 Cinema” media nümayəndələri üçün nümayiş keçirir

04.03.14 15:32 1291
“28 Cinema” media nümayəndələri üçün nümayiş keçirir
Bu dəfə jurnalistləri əsas premyerasına 3 gün qalmış olan “Sevgi anatomiyası” filminin öncədən nümayişinə dəvət ediblər. Mart ayının 3-də Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti dəfə yerli KİV nümayəndələri üçün öncədən nümayiş keçirib.
Kinoteatr bu dəfə media nümayəndələrini Skott Spenserin bestselleri əsasında çəkilmiş “Sevgi anatomiyası” filminə dəvət edib. Film qız və oğlanın sevgisi haqqındadır. Avtomobil həvəskarı olan hündürboy və cəsarətli oğlan - heç də mələk deyil. Qız isə nümunəvi tələbə, varlı ailədən olan gözəlçədir. Onların sevgisi qadağa altındadır, ona görə daha çox arzulanır. Ehtiras isə onları uçuruma aparır.
Qeyd edək ki, “Sevgi anatomiyası” filmi mart ayının 6-dan etibarən “28 Cinema”da nümayiş olunmağa başlayacaq.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər