• çərşənbə axşamı, 16 aprel, 23:40
  • Baku Bakı 18°C

27 ildən sonra baş tutan səfər

14.03.18 09:00 585
27 ildən sonra baş tutan səfər
Özbəkistan prezidenti Şavkat Mirzoyeyevin Tacikistana səfəri iki ölkə arasında münasibətlərin bərpasında mühüm addım olub. Hər iki lider görüşü "tarixi” adlandıraraq bəyan ediblər ki, tacik-özbək münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Danışıqların yekununda 27 sənəd imzalanıb və onların arasında ən vacibi 30 gün müddətində vizasız gediş-gəliş, Sarez gölünün şirin suyundan birgə istifadə, demarkasiya və delimitasiya, eləcə də, dövlətlərarası sərhədin minalardan təmizlənməsidir. O ki qaldı mübahisəli Roqunsk Su Elektrik Stansiyasının inşası məsələsinə - bu məsələ böyük ehtimalla, növbəti görüşlərdə həlini tapacaq. Şavkat Mirzoyeyev tacik həmkarı İmomali Rahmonla görüşünün sonunda keçirilən brifinqdə bildirib ki, Daşkənd və Düşənbə arasında həllini tapmayan məsələ qalmayıb. İki dövlətin rəhbərləri ümumiyyətlə görüşdən çox məmnun qaldıqlarını bildiriblər.
"Nezavisimaya qazeta” yazır ki, bu, Özbəkistan prezidentinin son 27 ildə Tacikistana ilk səfəri olub. Liderlər bir-birilərini "qardaş” adlandıraraq əbədi dostluq edəcəklərini bildiriblər. Şavkat Mirzoyeyev sözlərinin təsdiqi kimi, tacik həmkarına "qapıları olmayan bir darvaza maketi” və özbək dilində tacik-fars şairi və filosofu Əbülrəhman Caminin əsərlərindən ibarət külliyyatı hədiyyə edib. Tacikistan üçün daha bir yaxşı hədiyyə, Mirzoyeyevin Özbəkistanın Tacikistanın hidroenergetika sisteminin inkişafında maraqlı olması barədə səsləndirdiyi fikir olub. Bu, həm də Roqunsk SES-in inşasına da aiddir. Düşənbədə bu bəyanat Daşkəndin su elektrik stansiyasının inşasına razılıq verməsi kimi qiymətləndirilib. "Biz Özbəkistanın Tacikistanda, o cümlədən Roqunskda belə tikililərin inşası ilə bağlı dəstəyini alqışlayırıq”, - deyə tacik prezidenti bildirib. O əlavə edib ki, Düşənbə qonşuları üçün sudan istifadə məsələsində problem yaratmayıb və bundan sonra da yaratmayacaq. Biz qonşularımızı heç zaman susuz qoymamışıq və qoymarıq da”, - deyə o, əlavə edib. Lakin ekspertlər diqqəti ona yönəldirlər ki, imzalanan 27 sənəd içərisində bir yerdə də olsun Roqunsk SES məsələsi əks olunmayıb. Tacikistan üçün bu stansiyanın inşası milli ideya səviyyəsinə qaldırılıb və bu səbəbdən də səslənən hər söz Düşənbə üçün əhəmiyyətlidir. "Daşkəndlə bu məsələ ətrafında sərt qarşıdurma mövcud deyil. Bu isə o deməkdir ki, Roqunsk SES-in inşası gələcəkdə danışıqların əsas predmetidir. Əgər tərəflər kompromislərə hazır olsalar, sözsüz ki, qərar tapılacaq. Əsas da olan odur ki, Özbəkistan tacik elektrik enerjisini almaqda və enerji müəssisələrinin Tacikistana köçürülməsində maraqlıdır. Lakin bu əməkdaşlığın sonrakı mərhələsidir”, - deyə Orta və Mərkəzi Asiya üzrə Mərkəzin direktor müavini Bəxtiyar Erqaşov bildirib. Qeyd edək ki, birgə müəssisələrin yaradılması barədə analoji saziş Qırğızıstanla da bağlanıb. "Əgər Tacikistanda ucuz elektrik enerjisi mövcuddursa, onda enerji istehsalı müəssisələrini də bu ölkədə yerləşdirmək sərfəlidir. Qırğızıstanla bağlı məsələyə gəldikdə isə burada istehsal olunan məhsulu Avrasiya İqtisadi İttifaqı ölkələrinə nəql etmək mümkündür”, - deyə Erqaşev bildirib.
Bundan əlavə, tərəflər başqa sahələr üzrə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Məsələ ondadır ki, özbək məhsullarına tacik bazarlarında tələbat güclüdür. Ekspertlər də hesab edirlər ki, ticarət balansı Özbəkistanın xeyrinədir - idxaldan daha çox məhsul ixrac olunur. İki ölkə liderləri ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq qərarına gəliblər. Hazırda bu rəqəm 240 milyon dollardır. Belə bir göstərici isə hər iki tərəfi qane etmir. B.Erqaşev də bildirir ki, danışıqların sonunda hər iki tərəf öz məqsədinə çatdı. Ən əsası, Özbəkistan özü üçün yeni bazar açdı. Tacikistan öz növbəsində Özbəkistan vasitəsilə nəqliyyat məlumatı aparmaq imkanı əldə etdi. Əvvəl bu əlaqə yalnız aviaməlumat idi. İndi avtobus xətti də bura əlavə olunur. Sərhəddə 10 nəzarət buraxılış məntəqəsi də açılıb, Surxandərya və Xatlon vilayətləri arasında dəmir yolu əlaqəsi yaranır. Praktiki olaraq sərhəd məsələsi həllini tapıb”. İki ölkə arasında dövlət sərhədinin 90 faizi də həllini tapıb: "Yerdə qalan 10 faiz isə ən çətin və problemli məsələdir və tez bir zamanda həll etmək mümkün deyil. Eyni vəziyyət Qırğızıstanla da bağlı idi”. Onun qənaətinə gör, Tacikistanın bu danışıqların nəticəsindən razı qalması və Özbəkistanın sakit reaksiyasının səbəbi bəlli olur. "Tacikistan üçün bu məsələ həyati əhəmiyyət kəsb edir – ölkənin və xalqın yaşamı üçün zəruridir. Özbəkistan üçün isə regionun daha bir ölkəsi ilə münasibətlərin qurulması deməkdir”, - deyə ekspert sonda vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər