• cümə axşamı, 28 mart, 22:50
  • Baku Bakı 13°C

27 dərəcə isti olacaq - Proqnoz

15.05.15 09:37 859
27 dərəcə isti olacaq - Proqnoz
Sabah Azərbaycanda havanın temperaturu 27 dərəcəyə kimi yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər