• cümə axşamı, 28 mart, 23:47
  • Baku Bakı 13°C

26 yaşlı gənc torpaq uçqunu altında qalaraq öldü

05.08.13 07:52 1224
26 yaşlı gənc  torpaq uçqunu altında qalaraq öldü
Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri M. F. Axundov küçəsində baş verib.
Qeyd edilən ünvanda fərdi yaşayış evində kanalizasiya quyusu qazan, Şəki rayonu Qudula kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Vasif Şaban oğlu torpaq uçqununun altında qalıb.
Hadisə yerinə həkim və xilasedicilər cəlb edilib. Lakin bütün səylərə baxmayaraq, Vasif Məmmədovu xilas etmək mümkün olmayıb.
İki uşaq atası olan V. Məmmədov ailəsini fəhləliklə dolandırıb.
Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.
banner

Oxşar Xəbərlər