• cümə, 29 Mart, 11:48
  • Baku Bakı 5°C

26 ton kartof sərbəst dövriyyəyə buraxılmayıb, geri göndəriləcək

11.11.18 12:15 669
26 ton kartof sərbəst dövriyyəyə buraxılmayıb, geri göndəriləcək
Noyabrın 10-da bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatda Gürcüstandan idxal edilən 26042 kq kartofun tərkibində zərərli orqanizmlərin aşkarlandığı, bu ölkənin maliyyə nazirliyinə istinadən ölkəmizin müvafiq qurumlarının məhsulun geri qaytarılmasına qərar verdiyi bildirilir, lakin kartofun geri qaytarılmadığı və guya "yoxa çıxdığına" eyham vurulur.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə bildiriblər ki, Gürcüstanda ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb.
"Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkar olunub. Müayinələrin nəticəsinə görə məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəblər üzündən-bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib", - deyə məlumatda bildirilir.
DGK bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kq kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb: "Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq."
banner

Oxşar Xəbərlər