26 illik həsrətin sonu - Günnüt
Vətən- anadan olduğumuz, əcdadlarımızın, dədə-babalarımızın uyuduğu,
doğmalarımızın yaşadığı, soykökümüz, keçmişimiz ilə bağlı olduğumuz məkandır. Vətən müqəddəsdir, ülvidir. Onunhər
şeyi-dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır. Vətənə
bağlı olmaq - onu sevmək, göz bəbəyi kimi qorumaq və lazım gəldiyi an onun
azadlığı uğrunda canından keçmək hər bir vətəndaşın borcudur. Nə Vətənsiz millət,
nə də millətsiz Vətən olmaz. Vətən itirilərsə, həmin millətin bütün milli-mənəvi
dəyərləri də onunla birlikdə məhv olar. "Gözsüz
yaşamaq olar, Vətənsiz yox”, "Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir”,
"Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, "Vətənə gəldim, imana gəldim”,
"Vətən elin evi, dayağıdır”, "Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana
da öz Vətəni şirindir”, "Vətən viranə də olsa, cənnətdir” - demişdir atalarımız.
Vətən ata-babalarımızın bizə misli bərabəri olmayan əmanətidir.Ata-babalarımız
bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuş və bizə əmanət
qoyub getmişlər.
Hələ lap qədim dövrlərdən yağı düşmənin gözü bizim
Vətənimizdə olmuşdur. Doğma Vətənimizin yerləşdiyi ərazi, münbit torpaqları,
faydalı qazıntıları, mineral bulaqları düşmənin diqqətini cəlb etmişdir.
Zaman-zaman Vətənimizə düşmən hücumları olmuş, torpaqlarımızın bir hissəsi
işğal olunmuşdur. Həmin işğal edilən ərazilərdən biri də Naxçıvan MR Şərur
rayonunda yerləşən Günnüt kəndi idi. Günnütkəndinin tarixi adıGünnüt Cəfərli olmuşdur. Tarixi mənbələrə görə, yaşayış məntəqəsini
cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt
sözünü "çəmən, düzən”, günnük sözünün təhrif forması kimi "gün vuran yer”,
"güzdək, son bahar yaşıllığı, payız otlağı” mənaları və nəhayətmonqolların tərkibindəNaxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Günnüt kəndiNaxçıvan-Sədərək magistral yolunun
sağında,Şərur rayonununinzibati mərkəzindən iyimi iki kilometr uzaqlıqda,Şərur düzənliyində yerləşir. Günnüt kəndinin
ərazisi on bir min hektardan artıq torpaq sahəsindən ibarətdir. Kəndin torpağı əkin
üçün, xüsusilə də dəmyə əkini üçün əvəzedilməzdir, ərazi yabanı bitki və
heyvanat aləmi ilə də zəngindir. Dağlarında musson, bəbir, dağkeçisi, bir neçə
növ kəklik və digər bir çox növdə qiymətli heyvanlar yaşayır.
90-cı
illərdə Sədərək və Şərur rayonunun Günnüt, Havuş, Şahbulaq kəndləri aramsız
düşmən hücumlarına məruz qalırdı. Günnüt kəndi 1992-ci ildə qızğın döyüşlər gedən
zaman Ermənistan silahlı qüvvələritərəfindən güclü atəşə məruz qalaraq kənddəki yaşayış binaları,
məktəb, kitabxana, tibb məntəqəsi, o cümlədən bir çox sosial obyektlər və qəbiristanlıq
dağıdıldı. Buna görə də kənd əhalisiŞərur rayonunun digər kəndlərində və
xüsusilə də Mahmudkənd kəndində məskunlaşmağa
məcbur oldu.
2018-ci ilinmay ayında Azərbaycan Ordusunun xüsusi təyinatlılarınınəks hücumu nəticəsində
Günnütkəndinin ətrafındakı erməni mövqelərinin məhv edildiyi və kəndə nəzarətin
tam olaraq Azərbaycan Ordusunun əlinə keçməsi xəbərləri yayıldı. Az sonra rəsmi
açıqlama ilə bu xəbər öz təsdiqini tapdı. Məlum oldu ki, Günnüt əməliyyatı may
ayının 20-dən 27-sinə kimi keçirilmişdir və döyüşlər
zamanıAzərbaycan Silahlı QüvvələriNaxçıvan Muxtar Respublikasındakı işğal altında olan bəzi əraziləri
işğaldan azad etmişdir. Azərbaycan xalqı bu xəbəri böyük sevinc hissilə
qarşıladı, hər kəs ordumuzun bu qələbəsindən qürurlandı.
Günnütdöyüşləri özünün həcminə görə 2016-cı
ilinaprel döyüşlərindən sonra Azərbaycan qoşunlarının təmas xəttində baş
vermiş ən böyük hərbi qarşıdurma idi. Azərbaycan
tərəfindənNaxçıvan Muxtar Respublikasının işğalına qarşı hücum planın qarşısının alınması məqsədiləŞərur rayonuistiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi
barədə qərar qəbul edilmiş və ermənilərə çirkin niyyətlərini həyata keçirməyə
imkan verilməmişdi. "Günnüt əməliyyatı” zamanı Şərur
rayonununGünnütkəndi, ətrafındakı yüksəkliklər,
ardınca daXunut
dağıvəAğbulaqyüksəkliyi, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndiavtomobil yoluna ordumuza nəzarət etməyə
imkan verənQızılqaya dağıvəMehridağ azad edildi,Azərbaycan Silahlı Qüvvələri mövqelərinin xeyli irəli çəkərək Dərələyəz mahalınınArpakəndini tam nəzarət altına keçirdi. Şanlı
ordumuzun Naxçıvanda düşmən işğalından azad etdiyi ərazi çox böyük əhəmiyyətə
malikdir. Bu ərazilər bir zamanlar həm kənd təsərrüfatının, həm əkinçiliyin, həm
də turizm sahəsinin inkişaf etdiyi yerlər olmuşdur. Ordumuzun Günnüt əməliyyatının
önəmi haqda qısaca bir açıqlama:
1. Şərur, Sədərək
rayonlarını və Kəngərli rayonunun bir hissəsini su ilə təmin edən Arpaçay Su Dəryaçasına
artıq tam olaraq ordumuz nəzarət edir. Həmin dəryaça ermənilər üçün həmişə
maraqlı olmuş və dəfələrlə həmin dəryaçanı
partlatmaq istəmişlər. Dəryaça şirin su ehtiyatına malikdir və Şərur, Sədərək və
Babək rayonunun bir hissəsi həmin dəryaçadan əkin suvarmaq üçün istifadə edir.
Dəryaçanın partladılması Şərur və Sədərək rayonlarının suyun altında qalması
demək idi.
2. Naxçıvanı 14 %
elektrik enerjisi ilə təmin edən Arpaçay Su Elektrik stansiyası artıq təhlükədə
deyil, həmin elektrik stansiyasına edilən hər hansı hücum Naxçıvanın böyük bir
hissəsini işıqsız qoya bilərdi.
3. "Xunut” dağı və
"Ağbulaq” yüksəkliyi, "Qızılqaya” dağı və "Mehridağ” işğaldan azad edilərək Dərələyəz
mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni” qoyublar) tam olaraq
ordumuzun nəzarətindədir və ermənilər bundan təşviş keçirdirlər.
4. Şərur
rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən
1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti
isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət
etməyə imkan verməsidir və gələcəkdə bu yolla ərazilərimizə müdaxilə etmək istəyən
hər hansı texnikanın qarşısı alınacaq.
5. Azad edilən
ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün,
xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm
taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf
etdirilməsi üçün münbit şərait var.
6. 26 ildir ki,
işğalda olan Günnüt kəndi işğaldan azad edilmiş və kənd sakinləri 26 ildən
sonra doğmalarının, əcdadlarının məzarlarını, həm də yurd yerlərini ziyarət
etmişlər. Günnütlülər üçün yaxınlarının, doğmalarının məzarını ziyarət edə bilməmək
və doğma yurdlarına həsrət qalmaq çox ağır idi. Ordumuzun gücü sayəsində bir kəndin,
bir elin, bir obanın, bir yurdun sakinləri 26 il həsrət qaldığı dədə-baba
ocağına qovuşdu. Doğma yurdun torpağının bir qarışı belə dəyərlidir, uğrunda
ölməyə dəyər.
7. Azərbaycan
Ordusunun həm 2016-cı il apreldəki uğurlu əməliyyatı, həm də 2018-ci il may
ayında Günnüt əməliyyatı ermənilərdə ruh düşkünlüyü yaratmış və onlar Ermənistan
hakimiyyətini bacarıqsızlıqda ittiham etməyə başlamışlar. Ermənilər gec-tez
işğal etdikləri ərazilərdən qovulacaqlarını artıq başa düşürlər.
Hazırda Günnüt kəndinin
sakinləri sevinc içindədir. Onlar kəndə köçəcəyi günü səbirsizliklə gözləyirlər.
Azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra kənd bərpa olunacaq və 26
illik həsrət sona çatacaq. Günnütlülər bundan sonra öz doğma yurdlarında
ocaqlarını yandıracaq. İnanırıq ki, tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
əmrilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan
azad edəcək və ölkəmizin ərazi bütövlüyü təmin olunacaqdır.
Yaşasın Azərbaycan
Ordusu!
Eşq olsun Azərbaycan
Silahlı Qüvvələrinə!
AMEA Folklor İnstitutu
"Folklor və yazılı ədəbiyyat”
şöbəsinin aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru
Əpoş Vəliyev