• çərşənbə, 24 Aprel, 04:35
  • Baku Bakı 14°C

26 dərəcə isti olacaq - Proqnoz

08.05.15 08:43 842
26 dərəcə isti olacaq - Proqnoz
Mayın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər