• çərşənbə axşamı, 16 aprel, 19:29
  • Baku Bakı 18°C

26 Bakı Komissarı ilə bağlı araşdırmalar başa çatdı

24.05.13 10:13 1672
26 Bakı Komissarı ilə bağlı araşdırmalar başa çatdı
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, yaxın günlərdə 26 Bakı Komissarının əsl tarixi təqdim olunacaq. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tərkib hissəsi kimi öyrənilib: “Azərbaycan Xalq Cümhuriyyətinin iki cildlik tarixi ensiklopediyasını yaratmışıq. Bu dövrü tamamilə araşdırırıq. Ermənistan Respublikasının yaradılmasının işğalçılıq tarixi, 26 Bakı komissarlarının tarixini araşdırılıb. Bu tarixi araşdırmaq və yenidən yazmaqdan ötrü Moskvadan, Berlindən, Parisdən, Dehlidən, Leninqraddan, İstanbuldan, Ankaradan bütün sənədlər gətirilib. Çoxlu əsərlər yazılıb. Yaxın gələcəkdə onların təqdimatı keçiriləcək”.
Y. Mahmudov deyib ki, 3 cildlik yeni Azərbaycan tarixinin ilk cildi yaxın iki il ərzində təhvil veriləcək: “Azərbaycan tarixi dəhşətli dərəcədə saxtalaşdırılıb. O saxtakarlığı təmizləmək, yeni sənədlər ortaya çıxarmaq həddindən artıq çətindir. Amma biz bunun öhdəsindən gələcəyik. Tarixə yeni münasibət ortaya qoyulacaq. Sovet dövrünün, Böyük Vətən Müharibəsinin, repressiyaların tarixi yenidən olduğu kimi yazılacaq. Azərbaycan xalqı öz həqiqi tarixi ilə tanış olacaq. Bizim tariximizdə Nadir Şah Əfşar dəhşətli dərəcədə ləkələnib, inkar edilib. Səfəvilər dövlətinin tarixi təhrif olunub. Dövlətçilik tarixində varislik prinsipi pozulub. Biz 5 min illik dövlətçilik tariximizi tam şəkildə ortaya qoyacağıq”.
banner

Oxşar Xəbərlər