• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

250 subartezian quyusunun qazılmasına 15 milyon manat ayrıldı

29.01.14 17:43 1787
250 subartezian quyusunun qazılmasına 15 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam izmalayıb.
Sərəncamda qeyd olunur ki, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Təkcə 2013-cü ildə 150 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq, 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq Taxtakörpü su anbarı istifadəyə verilmişdir. Hazırda tikintisi davam edən Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində daha 50 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq, əlavə 20 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir. Ötən il ərzində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına əhalisi 310 min nəfərdən çox olan 29 rayonun 104 yaşayış məntəqəsində 107 subartezian quyusu qazılmışdır.
banner

Oxşar Xəbərlər