• cümə axşamı, 25 aprel, 14:37
  • Baku Bakı 23°C

25 milyardlıq sərmayənin müzakirəsinə yığışırlar

24.04.18 15:30 689
25 milyardlıq sərmayənin müzakirəsinə yığışırlar
FİFA prezidenti Canni İnfantino 6 Konfederasiya rəhbərlərini görüşə çağırıb.
Kaspi.az xəbər verir ki, görüşdə FİFA-ya təklif olunan 25 milyard dollarlıq sərmayənin müzakirəsi aparılacaq. Sərmayə klublararası dünya çempionatının yeni formatı üçün təklif edilib.
Məlumata görə, potensial investorlardan biri Yaponiyanın telekommunikasiya şirkəti "SoftBank”dır. Şirkətin, yeni formatda keçiriləcək turnirə 2021-2033-cü illərdə sponsorluq edəcəyi gözlənilir.
Klublararası dünya çempionatının 4 ildən bir, 24 komandanın iştirakı ilə keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər